Ceyhun Bayramov: Azərbaycanın nəqliyyat kommunikasiyalarının bərpası üzrə mövqeyi bəllidir
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov: Azərbaycanın nəqliyyat kommunikasiyalarının bərpası üzrə mövqeyi bəllidir


"Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası ilə bağlı təmaslar var. Bu proses üzrə iki ölkənin baş nazirlərin müavinlərinin sədrliyi ilə komissiyalar səviyyəsində işlər davam edir".

APA xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, Azərbaycanın nəqliyyat kommunikasiyalarının bərpası üzrə mövqeyi bəllidir:

"Düşünürəm ki, orada təmaslar olacaq. Daha bir istiqamət isə Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat kommunikasiyalarının açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın bu istiqamətdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik”.

Oxşar xəbərlər

Nazir: Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiya xəttlərinin açılması istiqamətində mövqeyimiz bəllidir
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var
Zaxarova: Regionda kommunikasiyaların açılması Simonyanın səlahiyyətində olan məsələ deyil
Ceyhun Bayramov: Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir
Ceyhun Bayramov: Azərbaycanla Somali arasında təmaslar xeyli intensivləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər