Edqar Piters: "İqlimə dayanıqlı mənzillər üçün tikinti şirkətlərinə qarşı sərt tədbirlər zəruridir"
sizinxeber.az xəbər saytı

Edqar Piters: "İqlimə dayanıqlı mənzillər üçün tikinti şirkətlərinə qarşı sərt tədbirlər zəruridir"


Tikinti şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq etmədən iqlimə dayanıqlı mənzillərin əlçatanlığı mümkün deyil.

"Report"un məlumatına görə, bunu Keyptaun Universitetinin nəzdindəki Afrika Şəhər Tədqiqatları Mərkəzinin (ACC) təsisçi direktoru Edqar Piters Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Bərabərsizliyi və ya məcburi köçürülməni dərinləşdirmədən iqlimə dayanıqlı mənzillərə çıxış imkanını genişləndirə bilərikmi?" mövzusunda panel müzakirəsində bildirib.

"Yalnız həvəsləndirici mexanizmlərlə iqlim çağırışları fonunda əlçatan mənzil böhranını aradan qaldırmaq qeyri-mümkündür - tikinti sektorunun iştirakçıları üçün ciddi tənzimləyici alətlərin tətbiqi tələb olunur. Prosesdə maraqlı olan bütün iştirakçılar əlçatan, iqlimə uyğunlaşdırılmış və enerji səmərəli mənzillərin inşasına ehtiyac olduğunu dərk edirlər, lakin qiymət baxımından əlçatanlığın təmin edilməsi vəzifəsi ilə yeni tikinti normalarına keçid arasında demək olar ki, qarşısı alınmaz ziddiyyət mövcuddur", - E.Piters vurğulayıb.

O, həmçinin qeyd edib ki, bazar iştirakçıları öz gəlir səviyyəsinə real təsiri hiss etməyincə, onlardan heç biri həqiqi dialoqa və konstruktiv danışıqlara hazır olmayacaq.

Oxşar xəbərlər

Yalçın Rəfiyev: "Təhlükəsiz mənzil təminatı olmadan iqlim və iqtisadi məqsədlərə nail olmaq mümkün deyil"
BMT rəsmisi: Dünyada 2,8 milyard insan adekvat mənzil şəraiti olmayan yerlərdə yaşayır
WUF13-də "Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" təşəbbüsü təqdim olunub
Ombretta Tempra: "Bina enerji kodlarının tətbiqi dekarbonizasiyanı sürətləndirir"
WUF13 çərçivəsində Xəzər regionunda iqlimə dayanıqlı şəhərlər və icmalar müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər