FHN Qəbələdə maye qazdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.
"Report" FHN-ə istinadən xəbər verir ki, Agentliyin müfəttişləri tərəfindən Qəbələ rayonunun Zarağan qəsəbəsində fəaliyyət göstərən, fərdi sahibkar Mehdiyev Sərdar Rəhbər oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək bir sıra pozuntular aşkar edilib.
Belə ki, məntəqədə istismar olunan iki ədəd maye qaz çəninin daxili baxışının və hidravlik sınağının keçirilmədiyi müəyyən olunub.
Həmçinin maye qaz çənləri üzərində quraşdırılmış qoruyucu klapanların, avtoçəndən maye qazın stasionar tutumlara boşaldılması və balonların doldurulması zamanı istifadə edilən rezin-parça qolların, eləcə də digər avadanlıqların dövri yoxlanılmadığı məlum olub.
Bundan başqa, maye qazdoldurma məntəqəsinin bina və avadanlıqlarının torpaqlama müqavimətinin ölçülmədiyi də aşkarlanıb.
Aşkar olunmuş nöqsanların aradan qaldırılmasının mümkün olmadığı və onların insan həyatı üçün təhlükə yaratdığı nəzərə alınaraq Agentliyin əməkdaşları tərəfindən məntəqənin istismarı dayandırılıb.
Pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Oxşar xəbərlər
Qəbələdə maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
FHN Qəbələdə maye qazdoldurma məntəqələrinin istismarını dayandırıb - VİDEO
Neftçalada maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb - VİDEO
FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb
FHN daha bir maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
