Konqoda Ebola epidemiyasının yeni dalğası qeydə alınıb
sizinxeber.az xəbər saytı

Konqoda Ebola epidemiyasının yeni dalğası qeydə alınıb


Konqo Demokratik Respublikasının İturi əyalətində Ebola epidemiyasının yeni yayılma halı qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Africa CDC) mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"Africa CDC vəziyyəti diqqətlə izləyir və transsərhəd monitorinqi üzrə nəzarəti gücləndirmək üçün bu gün Konqo, Uqanda, Cənubi Sudan nümayəndələri və qlobal tərəfdaşlarla yüksək səviyyədə təcili koordinasiya müşavirəsi keçirir", - məlumatda qeyd olunub.

246 təsdiqlənməmiş xəstəliyə yoluxma halı qeydə alınıb. 65 nəfər ölüb, onlardan dördü rəsmi təsdiqlənib.

Konqoda Ebolanın sonuncu halı ötən ilin sentyabrında qeydə alınmışdı və həmin vaxt ölkədə 15 nəfər həyatını itirmişdi.

Oxşar xəbərlər

Konqoda 30-dan çox insan naməlum xəstəlikdən ölüb
İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər