Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib


Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla Hava Hücumundan Müdafiə (HHM) sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.

"Fransa raket hücumundan müdafiə sahəsində işləməyə hazırdır. Biz həmçinin Rusiyanın hücumlarının dəf edilməsi üzrə imkanlarımızın gücləndirilməsini müzakirə etdik. Hava Hücumundan Müdafiəmizi gücləndirməyə hazırlığınıza görə təşəkkür edirəm", - o qeyd edib.

V.Zelenski həmçinin Fransa lideri ilə Ukraynanın avrointeqrasiyası və yaxın vaxtlarda bütün danışıqlar klasterlərinin açılması məsələlərini müzakirə edib.

Oxşar xəbərlər

Zelenski: Barro ilə müdafiə sahəsində Fransa ilə birgə istehsalı müzakirə etdik
Zelenski və Makron raketlərin tədarükünü müzakirə ediblər
Zelenski və Merts Ukrayna HHM-inin “Patriot”larla gücləndirilməsini müzakirə edib
Zelenski Brüsseldə Makronla görüşüb
Zelenski və Makron Ukraynada xarici qoşunların yerləşdirilməsini müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər