Ceyhun Bayramov: Azərbaycanla Somali arasında təmaslar xeyli intensivləşib
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov: Azərbaycanla Somali arasında təmaslar xeyli intensivləşib


Son illər ərzində iki ölkə arasında təmaslar xeyli intensivləşib.


Sizinxeber.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Somali Federal Respublikasından olan həmkarı Əhməd Moallim Fiqi Əhməd ilə Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

“Beynəlxalq təşkilat çərçivəsində biz imkanlardan istifadə edirik. Mən dəfələrlə somalili həmkarlarımla görüşlər keçirmişəm, eləcə də 2023-cü ilin iyulunda iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair saziş imzalamışıq”, - nazir əlavə edib.

Ceyhun Bayramov bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdən əməkdaşlıq imkanları və genişlənməsi barəsində fikir mübadilələri aparılır.

“Biz xüsusilə beynəlxalq platformalarda Somali ilə əməkdaşlığa önəm veririk. Bu sırada, BMT, BMT-nin müxtəlif təsisatları daxilindəki əməkdaşlıqları, İƏT və Qoşulmama Hərəkatına Azərbaycanın 4 illik sədrliyi çərçivəsindəki əməkdaşlığı qeyd etmək istəyirəm”.

Oxşar xəbərlər

Ceyhun Bayramov: Afrika ölkələri ilə Azərbaycanın əlaqələrinin genişlənməsi hər zaman prioritetdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Somali hər zaman Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Somalini COP29-a dəvət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov: Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin genişləndirilməsi həmişə prioritet olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər