Bağdadda İraq və Azərbaycan XİN başçılarının geniştərkibli görüşü olub - YENİLƏNİB-2
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri, xüsusilə də iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, elm, mədəniyyət, təhsil, turizm üzrə tərəfdaşlığın perspektivləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.
Azərbaycan və İraq arasında mövcud tarixi dostluq, qardaşlıq münasibətlərinin, xalqlarımız arasında mədəni və ənənəvi yaxınlığın münasibətlərimizin inkişafında rolundan bəhs olunub. Əməkdaşlığın daha da genişləndirilməsində ali və yüksək səviyyəli təmas və səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin, xüsusilə də Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Azərbaycan-İraq Biznes Şurasının önəminə diqqət çəkərək ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyini vurğulayıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan dəstəyin davam etdirilməsinin də əhəmiyyəti qeyd olunub.
Humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafından bəhs olunub, İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları, o cümlədən Heydər Əliyev Beynəlxalq Təhsil Təqaüdü kimi təşəbbüslərin faydalılığı vurğulanıb.
Bugünkü səfər çərçivəsində həmçinin ADA Universiteti və İraq Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində əlamətdar hadisə olduğu qeyd edilib.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, Hindistan-Pakistan gərginliyi, eləcə də postmünaqişə dövründə bölgədə mövcud reallıqlar, Azərbaycanın bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən də ətraflı bəhs olunub.
Bunlarla yanaşı, gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransı çərçivəsində görüşün yekunlarına dair bəyanatlarla çıxış ediblər.
Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında geniştərkibli görüş keçirilib.
"Report" xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirməklə həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar müzakirə edilib.
Həmçinin daha geniş regional və qlobal inkişaf məsələləri nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minatəmizləmə və sülh səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud çağırışlar barədə məlumatlandırıb.
Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazir müavini, xarici işlər naziri Fuad Hüseyn ilə ikitərəfli görüşü başlayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, C.Bayramov İraqda səfərdədir.
Happening now: , Deputy Prime Minister and Minister of Foreign Affairs of the Republic of welcomes , Minister of Foreign Affairs of the Republic of # Azerbaijan during the official visit to Iraq.
— MFA Azerbaijan (@AzerbaijanMFA)
Oxşar xəbərlər
Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər müzakirə olunub
Bakı və Buxarest Azərbaycan – Ermənistan sülh prosesinin perspektivlərini müzakirə ediblər
Ceyhun Bayramov İraqa rəsmi səfərə yola düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
İsrail ordusu Livanın cənubunda daha bir zabitini itirib
