Bakı və Buxarest Azərbaycan – Ermənistan sülh prosesinin perspektivlərini müzakirə ediblər
Fevralın 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Emil Hurezeanu ilə görüşüb.
Bu barədə “Sizinxeber.az”a XİN-dən bildirilib.
Görüşdə Azərbaycan və Rumıniya arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, habelə regional və beynəlxalq gündəlikdə duran mövzular müzakirə olunub.
Nazir Ceyhun Bayramov Emil Hurezeanunun Rumıniyanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə səmimi təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb.
İkitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun əhəmiyyəti və rolu qeyd olunub. Münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına hazırlıq ifadə olunub.
Azərbaycan və Rumıniya arasında iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd təsərrüfatı, turizm və s. istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Xüsusilə, yaşıl enerji sahəsindəki tərəfdaşlığın əhəmiyyəti vurğulanıb, nəqliyyat və logistika kimi istiqamətlərdə, xüsusilə “Orta Dəhliz” üzrə əməkdaşlığın inkişafının əməkdaşlığımıza əlavə töhfə verə biləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin bölgəmizdə postmünaqişə dövründə mövcud vəziyyət və reallıqlar, Azərbaycan-Ermənistan sülh prosesinin perspektivləri müzakirə edilib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Oxşar xəbərlər
Azərbaycan-Serbiya strateji tərəfdaşlığı müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə əməkdaşlıq gündəliyində duran məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












