Azərbaycanla Moldova arasında ikitərəfli münasibətlər müzakirə olunub
Fevralın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Moldova baş nazirinin müavini və xarici işlər naziri Mihai Popşoy ilə görüşüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Moldova arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə regional və beynəlxalq vəziyyətlə bağlı aktual məsələlər müzakirə olunub.
İki ölkə arasında qarşılıqlı hörmət və dəstəyə əsaslanan dostluq münasibətlərinin inkişafında ali və yüksək səviyyəli təmasların rolu qeyd edilib.
İki ölkə arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Latviya XİN başçıları regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər
Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
Azərbaycan və Monteneqro XİN başçıları regional məsələləri müzakirə ediblər
Azərbaycan və İraqın XİN başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













