Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
Finlandiya ilk dəfə olaraq 2035-ci ilə qədər qüvvədə olacaq milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib.
"Sizinxeber.az" Finlandiya hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sənəd ölkənin milli təhlükəsizliyinin əsas maraqlarını müəyyən edir və ən ciddi təhlükələrə qarşı mübarizə tədbirləri əsasında cəmlənib.
Qeyd olunub ki, sənəddə ölkənin əsas milli maraqları, başlıca təhlükələr və onlardan qorunmaq üçün tövsiyələr göstərilib.
Konsepsiyanın prioritetləri sırasında müdafiə qabiliyyətinin qorunması və inkişaf etdirilməsi, müttəfiqlərlə əməkdaşlıq, cəmiyyətin dayanıqlığının möhkəmləndirilməsi, strateji asılılıqların azaldılması, hibrid təhlükələrə hazırlıq, texnoloji inkişaf çağırışlarına cavab verilməsi və kritik infrastrukturun qorunması var.
"Bu konsepsiya milli təhlükəsizliyimizin ardıcıl uzunmüddətli inkişafı üçün əsas yaradır və dəyişən təhlükəsizlik mühitində Finlandiyanın müxtəlif çağırışlara cavab vermək qabiliyyətini gücləndirir", - ölkənin Baş naziri Petteri Orpo deyib.
Oxşar xəbərlər
Finlandiya səfiri: “Yaşıl” keçid və ətraf mühitin qorunması bizim üçün prioritetdir
Rusiyalı diplomat Finlandiya XİN-ə çağırılıb
Qırğızıstan Prezidenti 2030-cu ilədək Milli İnkişaf Proqramını təsdiqləyib
Finlandiya ilk dəfə NATO-ya üzvlük üçün vəsait ayıracaq
Moldova NATO ilə Fərdi Tərəfdaşlıq Proqramını təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
