Azərbaycan və İordaniya arasında böhranların idarə edilməsi sahəsində memorandum imzalanıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və İordaniya arasında böhranların idarə edilməsi sahəsində memorandum imzalanıb


Azərbaycan və İordaniya arasında böhranların idarə edilməsi sahəsində memorandum imzalanıb.

"Report"un İordaniya mediasına istinadən məlumatına görə, sənədi fövqəladə hallar naziri (FHN) Kəmaləddin Heydərov və İordaniyanın Milli Təhlükəsizlik və Böhranların İdarə Edilməsi Mərkəzinin müavin rəisi Hatəm Əl-Zaabi imzalayıblar.

Memorandum böhran və fövqəladə vəziyyətlərin idarə edilməsi, xüsusilə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın gücləndirilməsi və təcrübə mübadiləsinə yönəlib. Razılaşma həmçinin birgə təlimlərin təşkilini və iqlim böhranı ilə mübarizədə əməkdaşlığı nəzərdə tutur.

İordaniyaya səfər çərçivəsində FHN nümayəndə heyəti həmçinin İordaniya mərkəzinin iş mexanizmi, operativ reaksiya üçün müasir avadanlıqlar və böhranlarla mübarizə üzrə strateji planlarla tanış olub.

Oxşar xəbərlər

Xasenov: “KazMunayQaz”, SOCAR, “Tatneft” və “Uzbekneftqaz” əməkdaşlığı gücləndirir
Azərbaycan və Rusiya FHN-lər arasında əməkdaşlıq planı imzalanıb
İordaniya parlamentinin nümayəndə heyəti Azərbaycana səfər edəcək
"Azərkosmos" və "Türksat" Anlaşma Memorandumu imzalayıb
TDT-nin Mərkəzi Banklar Şurasının yaradılması haqqında memorandum imzalanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle