Belxand: Afrika qitəsi vətəndaş cəmiyyətinin dinamik inkişafı ilə fərqlənir
sizinxeber.az xəbər saytı

Belxand: Afrika qitəsi vətəndaş cəmiyyətinin dinamik inkişafı ilə fərqlənir


Afrika qitəsində qeyri-hökumət təşkilatlarının sayında sürətli artım müşahidə olunur.

"Sizinxeber.az" xəbər verir ki, bunu Mərakeşin Təbiət Elmləri Müəllimlərinin Assosiasiyasının prezidenti Bujemaa Belxand Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində panel müzakirəsində bildirib.

O qeyd edib ki, qitə vətəndaş cəmiyyətinin dinamik inkişafı və onun ölkələrin həyatında fəal iştirakı ilə fərqlənir:

"Bizim istifadə olunmamış çoxsaylı imkanlarımız var və getdikcə daha çox mütəxəssis, o cümlədən həkimlər təhsil, ətraf mühitin qorunması, bərabərliyin təmin edilməsi kimi sahələr ətrafında birləşməyə çalışırlar. Bizim məqsədimiz bütün bu istiqamətlərdə iştirak etməkdir. QHT-lər cəmiyyətlə sıx əlaqədə işləyərək və yerli ehtiyacları daha yaxşı başa düşərək, mövcud problemlərin həlli üçün ən yaradıcı və innovativ yollar tapırlar".

Oxşar xəbərlər

Gülbara Sultanova: QHT-lər müasir problemlərin həllinə töhfə verə bilərlər
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
Bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək
Ramil İskəndərli: Qlobal Cənub QHT Platformasını 140-a yaxın ölkənin təşkilatları dəstəkləyib
Vladanka Andreyeva: Azərbaycandakı forum vətəndaş cəmiyyətinin səsinin eşidilməsinə töhfə verəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər