Vladanka Andreyeva: Azərbaycandakı forum vətəndaş cəmiyyətinin səsinin eşidilməsinə töhfə verəcək
sizinxeber.az xəbər saytı

Vladanka Andreyeva: Azərbaycandakı forum vətəndaş cəmiyyətinin səsinin eşidilməsinə töhfə verəcək


Qlobal Cənub ölkələrinin QHT Forumu vətəndaş cəmiyyətinin səsinin eşidilməsinə kömək edəcək.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

"Mənim üçün bu gün Qlobal Cənub QHT Platformasının açılışında iştirak etmək böyük şərəfdir. BMT olaraq biz 2030-cu ilə qədər dayanıqlı inkişaf məqsədlərinə nail olmağı təmin etmək üçün vətəndaş cəmiyyəti və bütün maraqlı tərəflərlə sıx əməkdaşlıq edirik. Məhz buna görə vətəndaş cəmiyyətinin səsinin eşidilməsi, müxtəlif tərəfdaşlarla birgə işləmək üçün məkanlarının olması və danışıqlar masasında yer almaları son dərəcə vacibdir. Bugünkü forum, şübhəsiz ki, buna töhfə verəcək", - V.Andreyeva vurğulayıb.

O həmçinin bildirib ki, Bakıda keçiriləcək iki günlük müzakirələrin uğurla olacağına ümidvardır: "Mən həqiqətən ümid edirəm ki, müzakirələr həmrəylik dilində aparılacaq, çünki yalnız həmrəylik və ümumi məsuliyyət vasitəsilə heç kimin diqqətdən kənarda qalmayacağına zəmanət verə bilərik".

Oxşar xəbərlər

Vladanka Andreeva: COP29-da vətəndaş cəmiyyətinin kollektiv fəaliyyətinin gücünü nümayiş etdirmək üçün bir araya gəldiyini gördük [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladanka Andreyeva: “2050-ci ilə qədər sıfır karbon hədəfinə çatmaq üçün imkan pəncərəsi daralır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladanka Andreyeva: "COP29 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladanka Andreeva: BMT Azərbaycanın 2030-cu il üçün dayanıqlı inkişaf məqsədlərinə dəstək verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vladanka Andreyeva: BMT COP29-un keçirilməsində Azərbaycana dəstək vermək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər