Gülbara Sultanova: QHT-lər müasir problemlərin həllinə töhfə verə bilərlər
sizinxeber.az xəbər saytı

Gülbara Sultanova: QHT-lər müasir problemlərin həllinə töhfə verə bilərlər


Qeyri-hökumət təşkilatları aşağı həyat keyfiyyəti, iqlim dəyişikliyi, rəqəmsal bərabərsizlik və qeyri-ədalətli ticarət də daxil olmaqla bir çox müasir problemlərin həllinə töhfə verə bilərlər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbara Sultanova bu gün Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

G.Sultanova vurğulayıb ki, Bakıda QHT forumunun keçirilməsi gələcəkdə müsbət dəyişikliklər üçün yeni imkanlar açacaq.

Onun sözlərinə görə, Qazaxıstanda vətəndaş cəmiyyəti 2021-2030-cu illər üçün vətəndaş cəmiyyətinin inkişafı konsepsiyası sayəsində sürətlə inkişaf edir: "Bu gün ölkəmizdə 20 mindən çox QHT var. Vətəndaşların təxminən 40 %-i vətəndaş fəaliyyətinə cəlb olunub. Qazaxıstan QHT-ləri Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda böyük kömək göstərirlər. Onlar məsləhətləşmələrdə və işçi qruplarda iştirak edirlər. Hökumət ictimai şuralar və vətəndaş forumları kimi dialoq platformaları yaradıb".

Oxşar xəbərlər

Vladanka Andreyeva: Azərbaycandakı forum vətəndaş cəmiyyətinin səsinin eşidilməsinə töhfə verəcək
Əlcəzair nümayəndəsi: Cənub QHT-ləri yeni platforma vasitəsilə qeyri-bərabərliklə mübarizə apara biləcəklər
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
Nataşa Şeko: Bakıda təsis edilmiş platforma iqlim dəyişikliyi ilə mübarizə üçün yeni imkanlar açacaq
Gələn ay 100-ə yaxın ölkənin QHT-ləri Bakıda toplaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər