Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2026
10:13
ff aaaaaaa

Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO

15 may, 2026
10:13
924

Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi olub.

Sizinxeber.Az "Yeni Sabah"a istinadla xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, qurumun "Azəryolelmitədqiqatlayihə" İnstitutunun direktoru Azər Nemətli vəzifəsindən azad olunub.

Digər əmrlə o, agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinin Texniki-iqtisadi əsaslandırma və texniki şərtlər şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Xatırladaq ki, V.Nəsirli ötən ayın əvvəlində Xırdalan şəhərində yerləşən "Azəryolelmitədqiqatlayihə" İnstitutunda və onun tərkibində fəaliyyət göstərən Təcrübə-Sınaq Laboratoriyasında olub, onların fəaliyyətini nəzərdən keçirib.

Vüsal Nəsirli direktoru işdən çıxardı, yeni vəzifə verdi - FOTO

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul