Rəsmi Tbilisi: Mixeil Kavelaşvilinin Azərbaycana səfəri zamanı mühüm məsələlər müzakirə olunub
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri zamanı ikitərəfli əməkdaşlıq baxımından mühüm məsələlər müzakirə olunub.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan xairici işlər nazirinin birinci müavini Laşa Darsalia jurnalistlərə açıqlamasında deyib.
“Səfər boyu hökm sürən çox müsbət atmosferi qeyd etmək istərdim ki, bu da Gürcüstan və Azərbaycanın bir-biri ilə xüsusi, strateji münasibətlərə malik olduğunu bir daha vurğulayır. Görüşlərdə, xüsusən də Prezident İlham Əliyevlə görüşlərdə ikitərəfli əməkdaşlıq, o cümlədən regional əməkdaşlıq baxımından mühüm məsələlər, eləcə də dünyada baş verən cari hadisələr müzakirə olundu.
Gürcüstan və Azərbaycan arasında əməkdaşlığın Qara dəniz və Azərbaycan kontekstində nə qədər əhəmiyyətli olduğu bir daha vurğulandı. Bu əməkdaşlıq Şərq-Qərb əlaqəsi kontekstində həm bütövlükdə regionda, həm də daha geniş regional kontekstdə əməkdaşlıq üçün fundamental və əsasdır”, - Darsalia bildirib.
Oxşar xəbərlər
Gürcüstan XİN başçısının müavini: Kavelaşvilinin ilk rəsmi səfərinin Azərbaycana olması mövcud tərəfdaşlığın gücləndirilməsini vurğulayır
Baş nazir Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb - YENİLƏNİB
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb
Gürcüstan Prezidenti Azərbaycana gəlib
Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
