Gürcüstan XİN başçısının müavini: Kavelaşvilinin ilk rəsmi səfərinin Azərbaycana olması mövcud tərəfdaşlığın gücləndirilməsini vurğulayır
sizinxeber.az xəbər saytı

Gürcüstan XİN başçısının müavini: Kavelaşvilinin ilk rəsmi səfərinin Azərbaycana olması mövcud tərəfdaşlığın gücləndirilməsini vurğulayır


Gürcüstan Prezidentinin ilk rəsmi səfərinin Azərbaycana olması, Gürcüstan və Azərbaycan arasındakı mövcud tərəfdaşlığın gücləndirilməsini vurğulayır.

APA-nın Tbilisi müxbirinin verdiyi xəbərə görə, bunu Gürcüstanın xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya deyib.

O, bildirib ki, Azərbaycan Gürcüstan üçün mühüm qonşu və strateji tərəfdaşdır.

Darsaliyanın sözlərinə görə, Gürcüstan Prezidentinin Azərbaycana səfəri çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.

"Strateji tərəfdaşlığımızın əsasını təşkil edən mühüm istiqamətlər müzakirə olunacaq. Təxminən 30 il əvvəl, müasir respublikalarımız müstəqillik yoluna qədəm qoyarkən ölkəmizin, bütün regionun bu gün gördüyü funksiya, Qərblə Şərq arasında körpü rolunu oynaması bu gün daha aktualdır", - deyə Darsaliya vurğulayıb.

Nazir müavini həmçinin müzakirə ediləcək əsas məsələlərdən birinin "Orta dəhliz" olduğunu qeyd edib.

Oxşar xəbərlər

Azərbaycan səfiri Gürcüstanın XİN başçısı ilə regional məsələləri müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səfir Gürcüstan XİN başçısının Bakıda müzakirə edəcəyi məsələləri açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Gürcüstan liderlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü ekspert: Azərbaycan-Gürcüstan əməkdaşlığı regiona kənar müdaxilə cəhdlərini neytrallaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər