Sizinxeber.az » Siyasət » Daxili siyasət » Baş nazir Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb - YENİLƏNİB

Baş nazir Əli Əsədov Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 15-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə görüşüb.

Sizinxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

***
19:47

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Baş nazir Əli Əsədovla görüşü zamanı müzakirə etdiyi məsələləri açıqlayıb.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, Kavelaşvili görüş zamanı X platformasında paylaşımında qeyd edib ki, məhsuldar keçən görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin əsas istiqamətləri, regional layihələr, bölgədə sülh və sabitliyin təmin olunmasına dair müzakirələr aparılıb.

“Biz ölkələrimizin strateji tərəfdaşlığının əsas istiqamətlərini və çoxtərəfli formatlar da daxil olmaqla müxtəlif sahələrdə uğurlu əməkdaşlığı müzakirə etdik, birgə regional layihələrin inkişaf etdirilməsi və ticari-iqtisadi əlaqələrin daha da gücləndirilməsinin vacibliyini vurğuladıq. Həmçinin regionda sülh və sabitliyin kritik rolunu qeyd etdim və Azərbaycana Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaq dəstəyinə görə minnətdarlığımı bildirdim”, - Kavelaşvili qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !