Türkiyə XİN rəhbəri "Baku TV"nin sualını cavablandırıb
sizinxeber.az xəbər saytı

Türkiyə XİN rəhbəri "Baku TV"nin sualını cavablandırıb


Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsi ilə İsrail arasında aparılan danışıqlara vasitəçiliyə görə Azərbaycana təşəkkür edib.

"Report" xəbər verir ki, bu barədə o, IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində təşkil olunan brifinqdə "Baku Tv"nin sualını cavablandırarkən deyib.

"Azərbaycan qardaş ölkədir. Ev sahibliyi üçün təşəkkür edirik. Bu görüş daha çox texniki məsələləri aydınlaşdırmaq məqsədi daşıyırdı. Lazım olduğu təqdirdə, bu görüş yenidən təşkil olunacaq", - türkiyəli nazir bildirib.

Qeyd edək ki, aprelin 9-da Bakıda ölkəmizin vasitəçiliyi ilə Türkiyə və İsrail nümayəndələri arasında görüş baş tutub.

Oxşar xəbərlər

Hakan Fidan: Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk
İsrail Suriya barədə Türkiyə ilə görüşün təşkilinə görə Azərbaycana təşəkkür edib - YENİLƏNİB
Türkiyə Prezidenti Suriyaya səfər edəcək
Türkiyə XİN rəhbəri İsrailə çağırış edib
Bakıda Türkiyə və İsrail rəsmiləri arasında görüş olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər