Hakan Fidan: Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk
sizinxeber.az xəbər saytı

Hakan Fidan: Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk


Suriyanın yenidən qurulmasında Azərbaycanın dəstəyini yüksək qiymətləndiririk.

“Sizinxeber.az”un yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumunun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Suriyanın yenidənqurulmasında Türkiyə ilə məsləhətləşmələr aparır.

"Cənab İlham Əliyev Türkiyə ilə Suriyanın təhlükəsizliyi, infrastrukturu və iqtisadiyyatına dəstəklə bağlı iş aparır. Azərbaycanın verdiyi
hər bir dəstək bizim üçün çox dəyərlidir. Bu məsələdə edilən təşəbbüsləri alqışlayırıq", - Fidan qeyd edib.

XİN başçısı vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında sadəcə qardaşlıq deyil, dövlət qurumları arasında peşəkar əməkdaşlıq da mövcuddur.

Oxşar xəbərlər

Türkiyə Prezidenti Suriyaya səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Türkiyənin Suriyadakı döyüşlərlə heç bir əlaqəsi yoxdur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Suriya xalqı ölkəsinin gələcəyini yenidən formalaşdıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: Türkiyə terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə icazə verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər