Hadson İnstitutunda Azərbaycanın mina problemi müzakirə olunub
sizinxeber.az xəbər saytı

Hadson İnstitutunda Azərbaycanın mina problemi müzakirə olunub


ABŞ-nin Hadson İnstitutunda Azərbaycandakı mina problemi və təhdidi ilə mübarizə səyləri müzakirə olunub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı diplomatik missiyasının sosial şəbəkə hesabında bildirilib.

Qeyd olunub ki, paytaxt Vaşinqtonda Hadson İnstitutunda təşkil edilmiş dəyirmi masa müzakirəsində Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Azərbaycanın Xarici İşlər Nazirliyindən nümayəndə heyəti və diplomatik nümayəndələr iştirak edib.

“Müzakirədə Azərbaycanda humanitar minatəmizləmə əməliyyatları, istifadə olunan avadanlıq və texnikalar, həmçinin donorların rolu vurğulanıb. Azərbaycanda davam edən mina problemi və təhdidi ilə mübarizə səyləri haqqında ətraflı təqdimat da keçirilib. Təəssüf ki, tədbir zamanı azad edilmiş ərazilərdə Azərbaycana qarşı mina terroru nəticəsində daha bir itki baş verib”, – səfirliyin paylaşımında nəql edilib.

Xatırladaq ki, daha əvvəl səfirlik ABŞ Konqresində “Azərbaycanda minatəmizləmə: prioritetlər və çağırışlar” adlı fotosərgi və tədbir keçirildiyinə dair məlumat yaymışdı.

Oxşar xəbərlər

Azad edilmiş ərazilərdə bir ay ərzində daha 541 mina aşkar edilib
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib
Ötən ay azad edilmiş ərazilərdə 649 mina zərərsizləşdirilib
Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib
Ötən həftə azad edilmiş ərazilərdə 97 mina zərərsizləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər