Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanın minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib


Azərbaycanın humanitar minatəmizləmə fəaliyyətinə Serbiyanın mümkün dəstəyi müzakirə edilib.

"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Minatəmizləmə Agentliyində (ANAMA) qurumun İdarə Heyəti sədrinin müavini Samir Poladovla Serbiyanın Azərbaycandakı hərbi attaşesi polkovnik Mile Çelikoviç arasında keçirilən görüşdə söhbət aparılıb.

Görüşdə Azərbaycanın üzləşdiyi mina problemi, ərazilərin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi, Agentlik tərəfindən həyata keçirilən humanitar minatəmizləmə fəaliyyəti və ölkəmizdə mina fəaliyyətinin tədrisi üçün yaradılacaq “Mina Təhlükəsi ilə Mübarizə üzrə Beynəlxalq Qabaqcıl Təcrübə və Təlim Mərkəzi” haqqında qonağa məlumat verilib.

Həmçinin, Azərbaycanda icra edilən humanitar minatəmizləmə fəaliyyətinə Serbiya tərəfindən mümkün dəstəyin göstərilməsi üzrə fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Azad olunan ərazilərdə ötən həftə zərərsizləşdirilən mina sayı açıqlanıb
Bu il 8529 mina, 23049 PHS aşkarlanıb
Ötən həftə azad edilən ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
Azad edilmiş ərazilərdə daha 104 mina, 181 PHS aşkarlanıb
Dövlət Komissiyası: Ermənistanın basdırdığı minalar məzar yerlərində axtarış aparılmasına maneə yaradır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər