Azərbaycanla Şimali Makedoniya kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycanla Şimali Makedoniya kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı müzakirə edib


Azərbaycanla Şimali Makedoniya arasında kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq müzakirə olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov şimali makedoniyalı həmkarı Pançe Toşkovskini qəbul edərkən qeyd olunub.

V.Eyvazov qonaqlara Daxili İşlər Nazirliyinin funksiyaları, vəzifələri və fəaliyyət istiqamətləri, mövcud kriminogen durum, insan hüquqlarının qorunması, vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib.

O, transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri, qanunsuz miqrasiya və kibercinayətkarlıqla mübarizənin diqqət mərkəzində dayandığını, onlara qarşı yalnız birgə səylərlə səmərəli mübarizə aparılmasının mümkünlüyünü vurğulayıb.

Görüşdə kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın istiqamətləri, təcrübə mübadiləsi və tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

P.Toşkovski rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı genişləndirməkdə, o cümlədən cinayətkarlıqla mübarizə, ictimai asayişin təmini sahəsində əldə olunan qabaqcıl təcrübənin öyrənilməsində maraqlı olduğunu bildirib.

Qeyd edək ki, martın 9-da Şimali Makedoniyanın daxili işlər naziri Pançe Toşkovski Azərbaycana rəsmi səfərə gəlib.

Oxşar xəbərlər

Vilayət Eyvazov Şimali Makedoniya DİN rəhbəri ilə görüşüb
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb
Gələn il Azərbaycanda TDT ölkələrinin daxili işlər nazirlərinin ikinci iclası keçiriləcək
"TikTok" əməliyyatlarında saxlanılan dörd nəfər həbs edildi: Aralarında Azər Zahid də var
Bayram günlərində daxili işlər orqanları gücləndirilmiş rejimdə işləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər