“Bakı Fəaliyyətə Çağırışı” sənədində Azərbaycanın münaqişədən sonrakı bərpa sahəsində nümunəsi vurğulanıb
sizinxeber.az xəbər saytı

“Bakı Fəaliyyətə Çağırışı” sənədində Azərbaycanın münaqişədən sonrakı bərpa sahəsində nümunəsi vurğulanıb


Milli və yerli hökumətlər, humanitar və inkişaf tərəfdaşları, eləcə də beynəlxalq institutlar mənzilləri və əsas mülki infrastruktur obyektlərini qorumalı, məcburi köçkünlük və dağıntılara qarşı təminat mexanizmlərini gücləndirməli, həmçinin bu müdafiə tədbirlərinin effektiv icrasını təmin edən mexanizmləri dəstəkləməlidirlər.

APA xəbər verir ki, bu barədə Bakıda WUF13-də qlobal mənzil böhranının həlli ilə bağlı qəbul edilən “Bakı Fəaliyyətə Çağırışı” sənədində deyilir.

Bildirilib ki, münaqişədən sonrakı bərpa sahəsində, o cümlədən ev sahibi ölkə olan Azərbaycan nümunəsində mühüm beynəlxalq presdentlər mövcuddur.

“Biz bərpa və yenidənqurma fəaliyyətlərinin, eləcə də məcburi köçkünlərin (IDP-lərin) öz evlərinə qayıdışının prioritetləşdirilməsi üçün əlaqələndirilmiş yanaşmaya çağırırıq. Əvvəlcədən verilən azad və məlumatlandırılmış razılıq bütün milli hökumətlər tərəfindən təmin edilməlidir”, - sənəddə deyilir.

Oxşar xəbərlər

“Bakı Fəaliyyətə Çağırışı” UN-Habitat-ın mənzil sahəsində fəaliyyətinin genişləndirilməsi üçün əsas yol xəritəsidir
WUF13: “Bakı Fəaliyyətə Çağırışı” sənədində Azərbaycana təşəkkür edilib
APA WUF13-ün media tərəfdaşı olub
Rossbax: WUF13 şəhər transformasiyası üzrə qlobal əməkdaşlığı daha da gücləndirib
WUF13-də fəlakətlərdən sonra bərpa sənədi təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər