Pakistan ordusunun komandanı Tehrana səfər edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Pakistan ordusunun komandanı Tehrana səfər edib - YENİLƏNİB


Pakistan ordusunun komandanı general Asim Munir Tehrana səfər edib.

APA-nın Tehran bürosunun məlumatına görə, Pakistan ordusunun komandanı İran və ABŞ arasında aparılan danışıqların irəlilədilməsi məqsədilə İrana gedib və səfər çərçivəsində İranın yüksəkvəzifəli rəsmiləri ilə görüşlər keçirəcək.

Səfər Pakistanın daxili işlər naziri Möhsün Rza Nəqvinin ardıcıl üçüncü gündür Tehranda olduğu vaxta təsadüf edir.

Qeyd edək ki, cari ilin 15 aprel tarixində feldmarşal Seyid Asim Munir vasitəçilik prosesinin irəlilədilməsi məqsədilə üç günlük Tehran səfəri etmiş və İranın yüksək səviyyəli mülki və hərbi rəsmiləri ilə görüşmüşdü.





***
18:05

Pakistan ordusunun komandanı feldmarşal Asim Munir ABŞ və İran arasındakı razılaşmanı möhkəmləndirmək üçün Tehrana gedir.

Bu barədə “Axios” mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Asim Munir ABŞ-la İranın müharibəni bitirəcəyi və daha geniş bir həll üçün danışıqlara başlayacağı bir razılaşma əldə etməyə çalışacaq.

Qeyd edək ki, Munir müharibə başlayandan bəri ABŞ və İran arasında əsas vasitəçi olub.

Oxşar xəbərlər

“Axios”: Pakistan ordusunun komandanı ABŞ-İran sazişini möhkəmləndirmək üçün Tehrana gedir
Azərbaycanın Baş Qərargah rəisi Pakistana səfər edib
Zakir Həsənov Pakistan Quru Qoşunları komandanı ilə görüşüb
Pakistan ordusunun komandanı ABŞ-ın mesajını İrana çatdırmaq üçün Tehrandadır
Asim Muniri Tehran hava limanında Abbas Əraqçi qarşılayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər