Gələn il Azərbaycanda TDT ölkələrinin daxili işlər nazirlərinin ikinci iclası keçiriləcək
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin daxili işlər nazirlərinin ikinci iclası gələn il Azərbaycanda keçiriləcək.
“Sizinxeber.az” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən birinci iclasın yekunları üzrə qəbul edilib.
İclasda Azərbaycanın daxili işlər naziri Vilayət Eyvazov, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxili işlər nazirləri və TDT-nin baş katibi Kubanıçbek Omurəliyev iştirak ediblər.
İclasda çıxış edən baş katib qeyd edib ki, bu tədbir daxili işlər nazirləri arasında yeni və müntəzəm əməkdaşlıq platformasının yaradılması üçün əsas olacaq ki, bu da türk dünyasında birliyi və əməkdaşlığı daha da gücləndirməyə töhfə verəcək”, - o əlavə edib.
Daha sonra nazirlər transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən terrorizm, ekstremizm, narkotik qaçaqmalçılığı və insan alveri ilə mübarizə sahəsində qurumların fəaliyyətindən danışıblar. Tərəflər bu kimi cinayətlərə qarşı mübarizədə daxili işlər orqanları arasında əməkdaşlığın vacibliyini vurğulayıblar.
İclasın yekunları üzrə Birgə Bəyannamə imzalanıb, daxili işlər nazirlərinin ikinci iclasının 2025-ci ildə Azərbaycanda keçirilməsinə dair qərar qəbul edilib.
Oxşar xəbərlər
TDT daxili işlər nazirlərinin görüşü keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB ölkələrinin DİN başçıları terrorizmlə mübarizəni müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşada Türk dövlətlərinin səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB XİN Şurasının iclası aprelin 12-də keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türk Dövlətləri Rəqabət Şurası yaradılıb, qurumun növbəti iclası Şuşada keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












