“Bakı Fəaliyyətə Çağırış”ı UN-Habitat-ın mənzil üzrə fəaliyyətinin genişləndirilməsi üçün əsas yol xəritəsidir
sizinxeber.az xəbər saytı

“Bakı Fəaliyyətə Çağırış”ı UN-Habitat-ın mənzil üzrə fəaliyyətinin genişləndirilməsi üçün əsas yol xəritəsidir


WUF13 çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırış” sənədində qlobal mənzil böhranı ilə mübarizənin sürətləndirilməsi və UN-Habitat-ın bu istiqamətdə tərəfdaşlıq və əlaqələndirici qurum kimi rolunun gücləndirilməsi çağırışı yer alıb.

APA xəbər verir ki, sənəddə qeyd Yeni Şəhərsalma Gündəliyinin qəbulunun onuncu ildönümü fonunda üzv dövlətlərin mənzil sahəsində öhdəliklərin icrasını sürətləndirməli olduğu, daha inklüziv və dayanıqlı şəhər inkişafı üçün birgə fəaliyyət göstərməli olduğu vurğulanıb.

“Bakı Fəaliyyətə Çağırış” sənədində UN-Habitat-ın 2026–2029-cu illər üzrə Strateji Planının mənzil sahəsində fəaliyyətin genişləndirilməsi üçün əsas yol xəritəsi olduğu vurğulanır.

Bildirilir ki, “Hamı üçün Adekvat Mənzil üzrə Açıq Tərkibli Hökumətlərarası Ekspert İşçi Qrupu” (OEWG-H) vasitəsilə dövlətlər, ekspertlər və maraqlı tərəflər arasında əməkdaşlıq gücləndiriləcək.

Sənəddə həmçinin yerli və milli səviyyədə həyata keçirilən təşəbbüslərin mənzil gündəliyi üzrə siyasi iradənin formalaşmasına töhfə verdiyi qeyd olunur.

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün nəticələri, 2026-cı ilin aprelində keçirilən İkinci Afrika Şəhərsalma Forumunun Nayrobi Bəyannaməsi və müxtəlif regional razılaşmalar adekvat, əlçatan, inklüziv və iqlim dəyişikliklərinə davamlı mənzil siyasətinin prioritetlərini müəyyən edir.

“Bakı Fəaliyyətə Çağırış”ında fəaliyyət istiqamətləri üç əsas sahə üzrə qruplaşdırılıb: mənzil böhranının kökündə dayanan hüquq və səbəblərin tanınması, böhranın birbaşa təsirlərinə cavab verilməsi və hamı üçün ədalətli, inklüziv, dayanıqlı gələcək naminə mənzil sistemlərinin transformasiyası.

Sənədin yekun hissəsində Azərbaycan hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə təşəkkür ifadə olunub və vurğulanıb ki, qlobal mənzil böhranı ilə mübarizədə heç kəs kənarda qalmamalıdır.

Oxşar xəbərlər

“Bakı Fəaliyyətə Çağırışı” UN-Habitat-ın mənzil sahəsində fəaliyyətinin genişləndirilməsi üçün əsas yol xəritəsidir
Rossbax: WUF13 şəhər transformasiyası üzrə qlobal əməkdaşlığı daha da gücləndirib
WUF13: “Bakı Fəaliyyətə Çağırış”ı sənədində Azərbaycana təşəkkür edilib
Təşkilat rəhbəri: Dini icmalar mənzil böhranının həllində mühüm tərəfdaş ola bilər
WUF13: “Bakı Fəaliyyətə Çağırışı” sənədində Azərbaycana təşəkkür edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər