Sabirabadda Kür çayında suyun səviyyəsi artıb
Sabirabadda bir gün ərzində Kür çayında suyun səviyyəsi 18 sm artıb.
Sizinxeber.az-nın Mil-Muğan bürosunun məlumatına görə, son günlər yağan aramsız yağışlar Kür çayında suyun səviyyəsini artmasına səbəb olub.
Sabirabadda bəzi ərazilərdə meşə sahələri suyun altında qalıb. Növbəti günlərdə də suyun səviyyəsinin qalxması gözlənilir.
Daşqın suları sahilboyu yerləşən Tuqay meşələri istiqamətində yayılıb və həmin ərazilərdə su basma halları müşahidə olunur. Bəzi yerlərdə qrunt sularının səviyyəsinin qalxmasına səbəb olub. Bəzi yerlədə çay məcrasından çıxaraq mühafizə bəndinə yaxınlaşıb.
ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən Sizinxeber.az-ya verilən məlumata görə, hazırda Kür çayının Ağstafa rayonunun ərazisindən keçən hissəsində suyun səviyyəsi ötən günlə müqayisədə 7 sm azalaraq 432 sm, Yevlax rayonu ərazisində 3 sm artaraq 566 sm, Zərdab rayonu ərazisində 3 sm azalaraq 840 sm, Sabirabad rayonu ərazisində 18 sm artaraq 835 sm, Şirvan rayonu ərazisində 5 sm artaraq 680 sm, Salyan rayonu ərazisində 17 sm artaraq 770 sm, Neftçala rayonu ərazisində 2 sm azalaraq 278 sm olaraq qeydə alınıb.
Oxşar xəbərlər
Kürdə suyun səviyyəsi qalxıb
Sabirabadda Kür çayı məcrasından çıxıb
Kürdə suyun səviyyəsi 9 sm qalxıb
Ölkənin əksər bölgələrində çaylarda suyun səviyyəsi artıb
Kürün Qazaxdan keçən hissəsində suyun səviyyəsi qalxıb, fəsadlar yaranıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
