"TikTok" əməliyyatlarında saxlanılan dörd nəfər həbs edildi: Aralarında Azər Zahid də var
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi "TikTok" əməliyyatları nəticəsində saxlanılan 4 nəfər həbs edilib.
Sizinxeber.Az xəbər verir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və internetdə onlayn qumar oyunlarının təşkili ilə bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Cinayət işi çərçivəsində bu əməllərdə təqsirli bilinən Azər Zahid, onun köməkçisi Rövşən Təhməzov, həmçinin Emin və Rəşad Abdullayev qardaşları həbs olunublar.
Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədovanın qərarı ilə onlara 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
“TikTok”da əyləncə yarışları təşkil edən Azər Zahid və digərləri saxlanılıb
“TikTok”dakı yarışa görə saxlanıldılar - Aralarında Azər Zahid də var
Azər Qasımlı barəsində həbs qətimkan tədbiri seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
