Səfir: Azərbaycan və Cənubi Koreya 2024-cü ildə əməkdaşlığı genişləndirib
sizinxeber.az xəbər saytı

Səfir: Azərbaycan və Cənubi Koreya 2024-cü ildə əməkdaşlığı genişləndirib


Azərbaycan və Cənubi Koreya 2024-cü ildə "yaşıl artım" və "yaşıl enerji" kimi perspektivli istiqamətlərə diqqət yetirərək ikitərəfli əməkdaşlığı genişləndirib.

"Report" “Diplomacy Journal" nəşrinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Cənubi Koreyadakı səfiri Ramin Həsənov bildirib.

"Bu il Azərbaycan və Koreya arasında dostluq münasibətləri və əməkdaşlıq tarixində uğurlu bir fəsli təşkil edir. Çoxşaxəli əməkdaşlığa sadiq olan ölkələrimiz yüksək səviyyəli siyasi dialoq aparıb. Eyni zamanda, iqtisadi, humanitar və mədəni əlaqələrini möhkəmləndirmək üçün işlər görüb, həmçinin bir sıra əhəmiyyətli layihələr həyata keçirib", - diplomat bildirib.

R.Həsənovun sözlərinə görə, COP29 iqlim konfransının Bakıda keçirilməsi Azərbaycan və Koreyaya həm ikitərəfli səviyyədə, həm də çoxtərəfli təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirmək üçün səylərini birləşdirməyə stimul verib.

"Müasir dünyada davam edən geosiyasi çağırışlar və münaqişələr şəraitində dost ölkələr arasında dialoq və əməkdaşlığın gücləndirilməsi çox vacibdir. İki xalq arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi hər iki ölkənin vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri tərəfindən bu prosesin fəal dəstəklənməsini tələb edir. Sevindirici haldır ki, Azərbaycan və Koreyada bir-birinin mədəniyyətinə, dilinə, tarixinə, həyat tərzinə, iqtisadiyyatına və siyasətinə qarşılıqlı maraq yüksəkdir", - səfir qeyd edib.

Oxşar xəbərlər

Koreyalı nazir: Karbonsuz enerji mənbələrini fəal şəkildə inkişaf etdiririk
KİV: Şimali Koreya ordusunun çavuşu Cənubi Koreyaya qaçıb
Şimali Koreya yenidən Cənubi Koreyaya zibil balonları buraxıb
Aİ və Cənubi Koreya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı razılaşdırıblar
KXDR: Cənubi Koreyaya “Apache”lərin tədarükləri hərbi balansı pozub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər