TDT-nin Yaşıl Konsepsiyası qəbul ediləcək
sizinxeber.az xəbər saytı

TDT-nin Yaşıl Konsepsiyası qəbul ediləcək


Bu gün Türk Dövlətləri Təşkilatının Sammitində Bişkek Bəyannaməsi qəbul ediləcək.

Sizinxeber.az-nın Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayev bildirib.

Nazir deyib ki, TDT Xarici İşlər Nazirlərinin Şurasının iclasında Sammitin gündəliyinə daxil olan məsələlər müzakirə olunacaq.

"İlk növbədə münasibətlər və əməkdaşlığımızın inkişafı diqqət mərkəzində olacaq. Ölkələrimiz arasında siyasi dialoq, ticari-iqtisadi, mədəni-humanitar əlaqələrin inkişafına dair müzakirələr aparılacaq. Yaşıl iqtisadiyyat da diqqət mərkəzində olacaq. Sammitdə Yaşıl Konsepsiyanı müzakirə edəcək və qəbul edəcəyik", - deyə o bildirib.

Oxşar xəbərlər

Kulubayev: Münasibətlər və əməkdaşlığımızın inkişafı diqqət mərkəzində olacaq
TDT-nin XI sammitində Bişkek Bəyannaməsi qəbul ediləcək
Qırğızıstanın XİN başçısı: TDT Dövlət Başçılarının Zirvə görüşündə yaşıl iqtisadiyyat müzakirə olunacaq
Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası Azərbaycanda keçiriləcək
Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər