Lənkəranda əmək yarmarkasında 250-dən çox vakansiya təqdim olunub
Lənkəranda növbəti əmək yarmarkasında 250-dən çox vakansiya təqdim olunub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran Dövlət Universiteti ilə Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Lənkəran rayonunda növbəti əmək yarmarkası təşkil edilib. Sayca 95-ci olan bu məşğulluq yarmarkasında əsasən gənclər, tələbələr və məzunlar öz ixtisaslarına uyğun iş tapmaq imkanı qazanıblar. Yarmarkada 37 işəgötürən müəssisə tərəfindən 250-dən çox boş iş yeri (vakansiya) təklif olunub. Aktiv iştirak edən işəgötürənlərin böyük əksəriyyətini özəl sektorun nümayəndələri təşkil edib.Tədbirdə iştirak edən işaxtaranlar təşkilatçılıqdan razı qaldıqlarını bildiriblər.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Ramal Quluzadə qurumun bu istiqamətdəki fəaliyyətinin geniş coğrafiyanı əhatə etdiyini vurğulayıb: “İşğaldan azad olunmuş ərazilərimizdə də əmək yarmarkalarının keçirilməsi uğurla davam etdirilir. Cari il ərzində həmin bölgələrdə artıq 12 əmək yarmarkası baş tutub. Bu proses ardıcıldır. Məqsədimiz həm işsiz şəxslərin, həm də gənclərimizin məşğulluğunun təmin edilməsi istiqamətində addımlarımızı davamlı etməkdir”.
Məlumat üçün bildirək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən ilin əvvəlindən bəri ölkə miqyasında ümumilikdə 95 əmək yarmarkası təşkil olunub.
Oxşar xəbərlər
Laçında keçirilən əmək yarmarkasında 250-dən çox vakansiya təqdim edilib
Füzulidə növbəti əmək yarmarkası təşkil edilib
Cəbrayıl rayonunda əmək yarmarkası keçirilib
Şuşada ilk dəfə əmək yarmarkası keçirilib
Bu il Bakıda və regionlarda 74 əmək yarmarkası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
