Qırğızıstanın XİN başçısı: TDT Dövlət Başçılarının Zirvə görüşündə yaşıl iqtisadiyyat müzakirə olunacaq
Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə yaşıl iqtisadiyyat müzakirə olunacaq.
“Sizinxeber.az”un Bişkekdəki müxbirinin verdiyi məlumata görə, bu barədə jurnalistlərə Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev məlumat verib.
Onun sözlərinə görə, görüşün yekunlarına əsasən, TDT iştirakçısı olan ölkələrin əlaqələrinin vəziyyəti və gələcək əməkdaşlığını göstərən bəyannamə qəbul ediləcək.
“Gündəliyin əsas məsələsi hazırda bütün TDT ölkələrinin maraqlı olduğu yaşıl iqtisadiyyatdır. Bu gün biz Yaşıl Baxış (Green Vision - Qeyd) təşəbbüsünü təsvir edəcək bir sənəd qəbul edəcəyik. Sənəd əməkdaşlığımız çərçivəsində müxtəlif proqramların inkişafını davam etdirəcək bir konsepsiyanı təmsil edəcək”.
Oxşar xəbərlər
Türkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər
Bişkekdə TDT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
COP29-da "Yaşıl artım portalı"nın layihəsi təqdim olunacaq
Qazaxıstan XİN: TDT özünü sülh və davamlı inkişafı möhkəmləndirən nüfuzlu subyekt kimi göstərə bilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













