Türkiyədə TDT xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Türk Dövlətləri Təşkilatının xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələrin ikinci turunda iştirak etmək məqsədilə Türkiyəyə səfər edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə Ankarada təşkil edilən iclasda TDT-nin mövcud vəziyyəti və gələcək perspektivləri dəyərləndirilib, təşkilatın Bişkekdə keçiriləcək Zirvə toplantısına hazırlıq işləri və gündəliyinə dair fikir mübadiləsi aparılıb.
Nazir müavini səfər çərçivəsində Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Afrika Departamentinin Baş direktoru səfir Əlif Çomoğlu Ülgənlə də görüşüb.
İkitərəfli görüşdə Azərbaycan və Türkiyə arasında Afrikada birgə əməkdaşlıq məsələləri müzakirə edilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb
Xarici işlər nazirinin müavini Elnur Məmmədov Meksikaya səfər edib
Ceyhun Bayramov Estoniyanın xarici işlər naziri Marqus Tsaxna ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
