Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası Azərbaycanda keçiriləcək
Türk Dövlətləri Təşkilatı daxili işlər nazirlərinin ikinci iclası gələn il Azərbaycanda baş tutacaq.
Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya TDT-nin yaradılmasına dair “Naxçıvan Anlaşması”nın imzalanmasının 15-ci ildönümü münasibətilə baş tutan rəsmi qəbulda çıxışı zamanı bildirib.
O qeyd edib ki, sentyabr ayının 6-da Qırğızıstanda baş tutan ilk iclasın davamı olacaq bu toplantıda da önəmli məsələlərin müzakirə edilməsi gözlənilir.
Nazir çıxışı zamanı Türk Dövlətləri Təşkilatının artıq dünya miqyasında xüsusi rola malik olduğunu, TDT-nin yaradılması ilə üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələrin daha da dərinləşərək yeni, keyfiyyətinə görə daha yüksək səviyyəyə çatdığını vurğulayıb.
Oxşar xəbərlər
TDT daxili işlər nazirlərinin görüşü keçirilib
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var
Türkiyə Prezidenti BMT-dəki çıxışında TDT-nin artan əhəmiyyətindən danışıb
COP-29 çərçivəsində TDT ekologiyaya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır
TDT Ədliyyə Nazirləri Şurasının 2-ci iclası gələn il Azərbaycanda keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













