Xarici səyyahlar Şuşaya gəliblər  - YENİLƏNİB - FOTO
sizinxeber.az xəbər saytı

Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB - FOTO


Belçika vətəndaşı Yves Bouvienin başçılıq etdiyi Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş səyyahlar qrupu Füzulidən sonra Şuşaya gəliblər.

Sizinxeber.az-ın Qarabağ bürosu xəbər verir ki, onlar sözügedən ərazilərdə erməni işğalı zamanı törədilən vandalizm barədə məlumatlandırılacaq, həmçinin azad olunan ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən quruculuq işlərinə şahidlik edəcəklər. Həmçinin səyyahlar şəhərdə bir sıra tarixi məkanlara baş çəkəcəklər.

***

10:08

Bu gündən Böyük Britaniyanın “Piki Reels” klubunun 33 nəfərlik geniş heyətlə Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.


Sizinxeber.az xəbər verir ki, onların ilk dayanacağı Qarabağın hava qapısı olan - Füzulidəki beynəlxalq hava limanı olub.


Qrupa “Piki Reels” klubunun rəhbəri, Belçika vətəndaşı Yves Bouvie başçılıq edir. Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.


Qeyd edək ki, dünyanın əsas beynəlxalq səyahətçilər klubları 2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzura 11 dəfə səfər edib. Bu səfərlərdə ümumilikdə 50-dən artıq ölkədən 400 nəfərdən çox dünya miqyaslı beynəlxalq səyahətçi iştirak edib. Böyük Britaniyanın “Piki Reels” klubunun bu səfəri sayca 12-ci səfərdir. Bu səfərlər işğaldan edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, eyni zamanda aparılan nəhəng quruculuq və bərpa işlərinin nümayişi üçün müstəsna əhəmiyyət daşıyır.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu qrup sadə turist qrupu deyil, dünya səviyyəli səyyahlardır, bu statusu almaq üçün 100-dən çox ölkəni səyahət edirlər.

Oxşar xəbərlər

Xarici səyyahlar Şuşaya gəliblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici səyyahlar Ağdam şəhərində olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bir qrup beynəlxalq səyyah Şuşaya gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq səyyahlar qrupu Xudafərin körpüsündə olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər