Zaxarova: Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində çalışır
sizinxeber.az xəbər saytı

Zaxarova: Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində çalışır


Rusiya Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində çalışır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Respublikası Baş nazirinin müavini Mger Qriqoryanın Ermənistan, Azərbaycan və Rusiya Federasiyasının regional kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli komissiyasının iclaslarını davam etdirməməsi ilə bağlı son bəyanatını şərh edərkən bildirib.

O qeyd edib ki, Rusiya bu prosesdə Bakı və İrəvana hərtərəfli yardım göstərməyə hazırdır: “Demişik ki, kommunikasiyaların açılmasından bütün region udacaq”.

Zaxarova Rusiya Baş nazirinin müavini Aleksey Overçukun “Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ancaq Rusiyanın iştirakı ilə mümkündür” bəyanatını xatırladıb.

Oxşar xəbərlər

Rəsmi Moskva Paşinyanın Zəngəzur dəhlizinə monitorinqin FTX-ya verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib
Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir
Zaxarova: Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib
Rusiya XİN: Üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir
Lavrov 3+3 platformasında iştirak üçün İstanbula gedəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle