Rusiya XİN: Üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir
sizinxeber.az xəbər saytı

Rusiya XİN: Üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir


Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bu gün keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, üçtərəfli işçi qrupda iş Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli sazişləri çərçivəsində həyata keçirilir.

“Moskvanın Bakı ilə İrəvan arasında kommunikasiyaların açılması ilə bağlı mövqeyi aydındır və yaxşı məlumdur. Biz ondan çıxış edirik ki, müvafiq razılaşmalar tərəflərin qarşılıqlı razılığı əsasında və qarşılıqlı məqbul şərtlər əsasında həyata keçiriləcək ki, bu, həm Azərbaycanın, həm Ermənistanın, həm də onların qonşularının maraqlarına cavab versin”, deyə Rusiya XİN sözçüsü yekunlaşdırıb.

Oxşar xəbərlər

Zaxarova: Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov Paşinyanın Zəngəzurdan keçən kommunikasiyaların açılması barədə razılaşmanı sabotaj etdiyini bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN: Beynəlxalq təşkilatlar Parisin Durova qarşı hərəkətlərini pisləməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya XİN Ermənistanın Aİİ-yə sədrliyini Moskva üçün təhlükə hesab etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər