Rəsmi Moskva Paşinyanın Zəngəzur dəhlizinə monitorinqin FTX-ya verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib
Rəsmi Moskva Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ölkəsinin Cənubi Qafqazda kommunikasiyaların açılması və Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yola nəzarətlə bağlı üçtərəfli formatda əldə olunan razılaşmaları əsas götürdüyünü söyləyib.
Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup tərəfinin bu istiqamətdə böyükiş görülüb, Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Syunik vilayətindən tranzit daxil olmaqla dəmiyolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılışadırılıb. “Ona görə də, biz buna (üçtərəfli razılaşmalara-red) alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Oxşar xəbərlər
Zaxarova: Paşinyanın KTMT-nin Ermənistanın suverenliyinə təhlükə olması ilə bağlı bəyanatı sağlam düşüncəyə ziddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəsmi Moskva Paşinyanı sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova Fransa XİN başçısının Moskvanın İrəvana təzyiq göstərməyə çalışması barədə bəyanatına münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zaxarova: Rusiya ümid edir ki, Ermənistanla KTMT çərçivəsində tərəfdaşlıq tam bərpa olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












