TDT-nin Baş katibi: Bu ilin sonunda fövqəladə vəziyyətlərdə birgə işlərin həyata keçirilməsi planlaşdırılır
Bu ilin sonunda fövqəladə vəziyyətlərdə birgə işlərin həyata keçirilməsi planlaşdırılır.
"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev quruma üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında deyib.
Onun sözlərinə görə, TDT bir çox platformalar üzrə bir araya gəlib: "Quruma üzv dövlətlər arasında səhiyyə sahəsində ikitərəfli və faydalı əməkdaşlıq mövcuddur. Bizim səylərimiz çoxtərəfli əməkdaşlığın dərinləşməsinə yönəlib".
K.Ömüralıyev TDT-yə üzv ölkələrin səhiyyə sektorunun gələcək inkişafı üçün tədbirin uğurlu və səmərəli olacağına əminliyini ifadə edib.
Baş katib həmçinin iclasda müzakirə ediləcək məsələlərin və qəbul olunacaq qərarların yeni aspektdə təşkilatın gələcək işinə mühüm təkan verəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilir
COP29 çərçivəsində dağ və iqlim dialoqunun həyata keçirilməsi planlaşdırılır
Aşqabadda Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsinin keçirilməsi planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
