Aşqabadda Xəzəryanı ölkələrin XİN başçılarının müşavirəsinin keçirilməsi planlaşdırılır
Bu ilin sonunda Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müşavirəsinin keçirilməsi planlaşdırılır.
"Sizinxeber.az" Türkmənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Aşqabaddakı müvəqqəti işlər vəkili Pyotr Şukin bildirib.
“Xəzər regionunun geostrateji, siyasi, resurs, nəqliyyat və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən ən mühüm birləşdirici halqa kimi rolu yalnız artacaq. Xəzər regionunun bütün dövlətlərinin ərazisindən keçən və hazırda inkişafı istiqamətində işlərin fəal şəkildə aparıldığı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti də artmaqdadır", - diplomat deyib. .
Onun sözlərinə görə, bu günə qədər regional əməkdaşlığa dair 9 beştərəfli dövlətlərarası saziş və protokoldan ibarət sanballı hüquqi baza yaratmaq mümkün olub. Daha bir neçə sənəd isə işlənmə və ya ratifikasiya mərhələsindədir.
Oxşar xəbərlər
Rusiyalı diplomat: Xəzər regionunun birləşdirici rolu artacaq
Rusiya səfirliyi: Xəzər regionunun strateji rolu artmaqda davam edəcək
Həştərxanda keçiriləcək Media Forumda bütün Xəzəryanı ölkələrin nümayəndə heyətləri iştirak edəcək
Oktyabrda Aşqabadda MDB-nin Əmək Məşvərət Şurası keçiriləcək
Qazaxıstan və Rusiya “Şimal-Cənub” dəhlizinin inkişaf perspektivlərini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













