Azərbaycanla Latviya arasında vergi tələblərinə dair Anlaşma Memorandumu təsdiq edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
apr
2025
16:50

Azərbaycanla Latviya arasında vergi tələblərinə dair Anlaşma Memorandumu təsdiq edilib

17 apr, 2025
16:50
781

Azərbaycanla Latviya arasında vergi tələblərinə dair Anlaşma Memorandumu təsdiq edilib

2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Latviya Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Bizimlə əlaqə saxlayın