Azərbaycan və Venesuela arasında regional-beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb.
APA xəbər verir ki, bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Venesuela arasında mövcud əməkdaşlıq gündəliyinin müxtəlif, o cümlədən iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi istiqamətləri üzrə irəlilədilmə imkanları, ikitərəfli və çoxtərəfli platformalarda əməkdaşlıq fəaliyyəti, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər Azərbaycan və Venesuela arasında münasibətləri xarakterizə edən möhkəmlənən siyasi əlaqələri və qarşılıqlı hörməti bir daha təsdiqləyiblər. Davamlı siyasi dialoq və yüksək səviyyəli səfərlərin mübadiləsi vasitəsilə ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Nazirlər müxtəlif sahələrdə, xüsusən də iqtisadi və enerji, turizm sektorlarında ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını, həmçinin elm və mədəniyyət sahələrində potensial təşəbbüsləri, o cümlədən akademik və peşəkar mübadilə proqramlarının həyata keçirilməsini müzakirə ediblər.
Beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın məmnunluq doğurduğu vurğulanıb, çoxtərəfli platformalarda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Azərbaycan və Rusiya XİN rəhbərləri regional məsələləri müzakirə edib - YENİLƏNİB
Azərbaycanla Venesuela arasında konsulluq məsləhətləşmələri aparılıb
Azərbaycan və Bəhreyn XİN rəhbərlərinin telefon danışığı olub
XİN rəhbəri İran Prezidentinin müşaviri ilə beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edib
Ceyhun Bayramov Hakan Fidanla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
