Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçiriləcək
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyası keçiriləcək.
"Report" xəbər verir ki, iyunun 17-dən 19-dək davam edəcək tədbirdə çoxsaylı qonaqlarla yanaşı, bir neçə ölkənin parlament sədrlərinin də iştirakı gözlənilir.
Milli Məclisin və QDİƏT PA-nın sədri Sahibə Qafarova plenar sessiyada açılış nitqi ilə çıxış edəcək.
Tədbir çərçivəsində təşkilatın Büro, Daimi komitə, həmçinin iqtisadi, hüquqi və sosial sahələr üzrə komitələrinin iclasları keçiriləcək, o cümlədən bir sıra təşkilati məsələlərə baxılacaqdır.
Plenar sessiyada isə “QDİƏT regionunda əlaqələrin gücləndirilməsi, smart və davamlı nəqliyyat infrastrukturunun yaradılması yolu ilə mobilliyin artırılması” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul ediləcək.
Tədbir çərçivəsində QDİƏT PA-ya sədrlik Azərbaycandan Bolqarıstana təhvil veriləcək.
Oxşar xəbərlər
Milli Məclisin deputatları QDİƏT PM-in tədbirində iştirak edəcəklər
Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası başa çatıb
TÜRKPA-nın “Türk Əsri: parlament diplomatiyasının rolu” mövzusunda plenar iclası keçiriləcək
QDİƏT PA-nın sədr müavini: Azərbaycanda keçirilən parlament seçkilərini yüksək qiymətləndiririk
Bakıda Azərbaycanın sədrliyi ilə APA-nın 15-ci plenar sessiyası işinə başlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













