Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının peşə bayramı günlərinin təsis edilməsi haqqında Sərəncam imzalayıb.
APA xəbər verir ki, Sərəncama əsasən hər il avqustun 23-ü Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il sentyabrın 26-sı Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı günü kimi, hər il martın 16-sı Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi əməkdaşlarının peşə bayramı günü kimi qeyd ediləcək.
Sənədə əsasən, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 21 avqust tarixli 2997 nömrəli Sərəncamı ləğv edilib.
Oxşar xəbərlər
Bu gün Prezidentin Təhlükəsizlik Xidməti əməkdaşlarının peşə bayramıdır
“Əsrin müqaviləsi”nin imzalanmasından 30 il keçir
Bakıda Kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans keçiriləcək
Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
