Bakıda Kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans keçiriləcək
sizinxeber.az xəbər saytı

Bakıda Kibertəhlükəsizliklə bağlı beynəlxalq konfrans keçiriləcək


Cari ilin 19-20 sentyabr tarixlərində Bakıda növbəti – dördüncü ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransı keçiriləcək.

APA-Economics”ə xəbər ki, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusuna həsr olunacaq konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edəcəklər.

Eləcə də, tədbir çərçivəsində Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov və "PROSOL" şirkətinin İdarə heyətinin sədri Babək Ağayev tərəfindən press-konfransın keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycanla Qazaxıstan arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycanla Qazaxıstan arasında informasiya təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
Dövlət Xidməti: “COP29”la bağlı saxta səhifələrin sayı artıb
ETX və AİKTSA arasında Anlaşma Memorandumu imzalanıb
Azərbaycan TDT ölkələri ilə kibertəhlükəsizliyin gücləndirilməsinə dair müzakirələrdə iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle