Azərbaycan Prezidenti Özbəkistanın sürətli inkişafını qeyd edib
Azərbaycan Prezidenti İlham Əliyev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə mətbuata bəyanatında Özbəkistanın sürətli inkişafını qeyd edib.
APA xəbər verir ki, dövlət başçısı deyib: “Müxtəlif dövrlərdə, xüsusən son illər Özbəkistana dəfələrlə səfər etmişəm və Şavkat Miromonoviçin rəhbərliyi ilə özbək xalqının həyata keçirdiyi möhtəşəm dəyişiklikləri əyani şəkildə görmüşəm. Şəhərlər gözəlləşir, sənaye fəal inkişaf edir. Daşkəndə ötən səfərimdə biz birlikdə böyük sənaye kompleksində olduq. Bütün bunlar müdrik siyasətin nəticəsidir. Xarici investisiyaların cəlbi, əlverişli biznes mühitinin yaradılması, sosial-iqtisadi inkişafa dair aparılan gündəlik iş, çoxlu sayda sosial layihələr bugünkü Özbəkistanın simasıdır”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev: Özbəkistan yüksək siyasi nüfuza malik ölkəyə çevrilib
Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi keçirilib
Şavkat Mirziyoyev: Bu gün Azərbaycan yüksək sürətlə inkişaf edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
