Şəhidin qardaşı: Başda Prezidentimiz olmaqla şəhidlərimizin və qazilərimizin sayəsində qardaşımın nəşi tapılıb
sizinxeber.az xəbər saytı

Şəhidin qardaşı: Başda Prezidentimiz olmaqla şəhidlərimizin və qazilərimizin sayəsində qardaşımın nəşi tapılıb


Başda Prezident İlham Əliyev olmaqla şəhidlərin, qazilərin sayəsində qardaşımın nəşi tapılıb.

Bu sözləri "Sizinxeber.az"a açıqlamasında Birinci Qarabağ müharibəsində itkin düşən və 32 il sonra nəşinin qalıqları tapılan Tərlan Rüstəmovun dəfn mərasimində qardaşı Rasif Rüstəmov deyib.

O, Prezident İlham Əliyevə, şəhidlərə və qazilərə təşəkkür edib: "Onların sayəsində torpaqlarımız işğaldan azad olundu və qardaşımızın nəşi tapıldı. Tərlan 1992-ci ildə Ağdərə rayonun Sırxavənd kəndində döyüşüb. O, 1992-ci ilin sentyabrın 18-də evə məktub yazmışdı. İki gün sonra xəbər gəldi ki, qardaşım itkin düşüb. O vaxtdan indiyə kimi gözümüz yolda qalmışdı. Başda Prezidentimiz olmaqla şəhidlərimizin, qazilərimizin sayəsində qardaşım tapıldı."

R.Rüstəmovun sözlərinə görə, qardaşı döyüşlərə yollananda altı yaşı olub və onun yalnız məzuniyyətə gəldiyi vaxt yaddaşında həkk olunub.

Oxşar xəbərlər

Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lökbatanda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəhid qardaşı: Onun tapılması üçün axtarışlara fasilə vermirdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qalıqları dəfn edilən hərbçinin əmisi: Bu iki il ərzində dövlət, şəhid ailələri və qazilər bizi tək qoymadılar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qalıqları dəfn edilən hərbçinin əmisi: Dövlət, şəhid ailələri və qazilər bu iki il ərzində bizi tək qoymadılar [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle