97 saylı DSK sədri: Səsvermə prosesi normal keçir, hər hansı şikayət daxil olmayıb
Səsvermə prosesinin normal keçdiyi, hər hansı şikayətin daxil olmadığı bildirilib.
Bunu “Sizinxeber.az”un Qarabağ bürosuna açıqlamasında 97 saylı Tərtər-Ağdərə-Goranboy Dairə Seçki Komissiyasının (DSK) sədri Həmid Mehdiyev deyib.
Onun sözlərinə görə, səsvermə prosesi başlayandan etibarən, hər hansı pozuntu qeydə alınmayıb:
“Ümumilikdə dairə üzrə seçici fəallığı müşahidə olunur. 45 min 288 seçicinin qeydiyyatda olduğu dairədə 3-ü qapalı olmaqla 53 seçki məntəqəsi fəaliyyət göstərir.
Seçicilərdən 249-u ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Dairə üzrə qeydiyyatda olan 10 seçicinin yaşı 100-dən yuxarıdır. Bələdiyyə üzvlüyünə 94 yer uğrunda 185 namizəd mübarizə aparır.
Səsvermənin gedişini 552 müşahidəçi izləyir. Dairə üzrə 9 seçki məntəqəsi veb-kamera ilə təchiz olunub”.
Qeyd edək ki, səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Oxşar xəbərlər
117 saylı DSK sədri: Səsvermə prosesi normal qaydada davam edir
99 saylı DSK sədri: Dairə üzrə səsvermənin gedişini 730 müşahidəçi izləyir
71 saylı DSK sədri: Səsvermə prosesində dairə üzrə hər hansı pozuntu qeydə alınmayıb
Balakəndə 102 yaşlı seçici səs verib
Məntəqə sədri: Naxçıvanda erkən saatlardan seçici aktivliyi müşahidə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













