"Kontraspor" yutub kanalında Azərbaycanın minifutbol millisinin uğurlarından bəhs olunub
sizinxeber.az xəbər saytı

"Kontraspor" yutub kanalında Azərbaycanın minifutbol millisinin uğurlarından bəhs olunub


Türkiyənin idman sahəsi üzrə ixtisaslaşmış "Kontraspor" yutub kanalında Azərbaycanın minifutbol üzrə millisinin Avropa çempionatındakı qələbəsinə həsr olunmuş süjet hazırlanıb.

"Sizinxeber.az" xəbər verir ki, süjetdə Azərbaycan millisinin minifutbol üzrə dünya çempionu olması və son illərdə qazandığı uğurlar barədə məlumat verilib.

Bildirilib ki, Azərbaycan yığması dünya çempionatının finalında Ukrayna millisini 2:0 hesabı ilə məğlub edərək çempionluq tituluna yiyələnib. Qeyd olunub ki, bu, komandanın ilk dünya çempionluğu deyil.

Azərbaycan millisi 2025-ci ildə Bakıda keçirilən dünya çempionatında da qızıl medallar qazanaraq dünya çempionu olub.

Müəlliflər Azərbaycanın minifutbol üzrə ikinci dəfə dünya çempionu olmasını mühüm nailiyyət kimi dəyərləndiriblər. Bu uğurda pay sahibi olan bütün şəxslər təbrik olunub.

Həmçinin vurğulanıb ki, Azərbaycan yığması son illərdə futbol sahəsində sistemli fəaliyyət göstərir və bunun nəticəsində beynəlxalq arenada mühüm uğurlara imza atır.

Komandanın iki dəfə Avropa çempionu olması da xüsusi qeyd edilib. "İki dəfə Avropa çempionu olmaq olduqca təqdirəlayiqdir", - deyə materialda bildirilib.

Oxşar xəbərlər

Azərbaycanın minifutbol millisinin dünya çempionu olması münasibətilə Bakıda konsert keçirilir
Azərbaycanın minifutbol millisinin dünya çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək
Şavkat Mirziyoyev İlham Əliyevi Azərbaycan millisinin minifutbol üzrə dünya çempionu olması münasibətilə təbrik edib
ABŞ səfirliyi Azərbaycan millisini təbrik edib
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər